Aİ-nin Azərbaycandakı Nümayəndəliyi "Avropada Təhsil" sərgisi keçirir

post-img

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi "Avropada Təhsil" sərgisi keçirir.

XQ xəbər verir ki, iki gün davam edəcək sərgidə Avropanın 10 ölkəsini təmsil edən 30-dan çox universitet iştirak edir və potensial tələbələrə təhsil imkanları barədə məlumat verilir. Sərgi çərçivəsində Avropa universitetləri təhsil proqramlarını təqdim edəcəklər. Azərbaycandan isə ADA Universiteti və UFAZ təmsil olunur.

Artıq 3 ildir davam "Avropada Təhsil" sərgisi Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin keçirdiyi genişmiqyaslı təhsil kampaniyasına daxildir. Sərgi həm də Aİ-Azərbaycan arasında daha geniş tərəfdaşlığın bir hissəsidir.

"Avropada Təhsil" sərgisi 25-26 oktyabr tarixlərində saat 10:00-dan 18:00-dək "Hilton" hoteldə keçiriləcək.











Təhsil