Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dövlət İmtahan Mərkəzinin mayın 17-də keçirdiyi magistraturaya qəbul imtahanının II cəhdinin nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi İsmayıl Əliyev yüksək nəticə göstərib.
BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə sonuncu kurs tələbəsi İsmayıl Əliyev 91.5 bal toplayaraq respublika üzrə ikinci olub.
İsmayıl Əliyevin əldə etdiyi yüksək nəticə BMU-da informasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində həyata keçirilən keyfiyyətli tədris prosesinin və tələbələrin peşəkar hazırlığının göstəricisidir.
Gələcək təhsil planlarından danışan İsmayıl Əliyev magistr təhsilini də BMU-da davam etdirmək niyyətində olduğunu bildirib. O, magistratura səviyyəsində “Bulud və şəbəkə infrastrukturu” ixtisası üzrə təhsil almağı hədəflədiyini qeyd edib.

