Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Oman Sultanlığının mənzil inşaatı və şəhərsalma naziri Dr. Xəlfan Əl-Şuaili ilə görüşüb.
XQ xəbər verir ki, bu barədə nazir "X" hesabında yazıb.
"İkitərəfli iqtisadi münasibətlərin cari vəziyyəti, biznes əlaqələrinin şaxələndirilməsi imkanlarından istifadə, ticarət, investisiya və infrastruktur sahələrində qarşılıqlı fəaliyyətin təşviqi, potensial layihələrdə iştirak barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.

