Salidə Şərifovanın yaradıcılığından bəhs edən kitabların təqdimatı

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığından bəhs edən kitabların Azərbaycan Yazıçılar Birliyində təqdimatı keçirilib. AYB-nin rəhbərliyi adından Səlim Babullaoğlu açılış edərək müəlliflərə təbriklərini ünvanlayıb.

XQ xəbər verir ki, tədbirin moderatoru Əsəd Cahangir hər iki kitab haqqında ətraflı məlumat verib. Bildirib ki, təqdimatı keçirilən kitablardan biri Ədəbiyyat İnstitutunun “Rəqəmsal ədəbiyyatşünaslıq və Süni intellekt” şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyevanın “Ədəbiyyatşünas alimin elmmetrik pasportu seriyası”ndan “Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda” adlı monoqrafiyasıdır. Digəri isə Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Mənzər Niyarlının (Hüseynova) “Sənətkarın elmi pasportu” seriyasından “Salidə Şəmmədqızının kiçik bədii nəsri” adlı monoqrafiyasıdır. 

Sonra “Salidə Şəmmədqızının kiçik bədii nəsri” monoqrafiyasının elmi redaktoru və “Elmi və bədii yaradıcılığı bir müstəvidə tədqiq edən ədib – Salidə Şəmmədqızı (Salidə Şərifova)” adlı ön sözün müəllifi filologiya elmləri namizədi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səyyad Aran çıxış edib. 

Ardınca Elman Quliyev,  Məmməd Əliyev, Vəli Qaraçaylı, Almaz Ülvi, Elşad Həsənov, Yaqub Babayev kimi natiqlər çıxış edərək nəzəriyyəçi alim, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanın yaradıcılığının elmmetrik diapazonda tədqiq edilməsini yüksək qiymətləndiriblər.

Tədbirdə çıxış edən Nuşabə Məmmədli,  Mahirə Abdulla, Gülbəniz Babyeva, Yusif Nəğməkar, Dilarə Adilgil, Sabir Şahtaxtlı, Zəlimxan Şərifov, Leyla Məmmədova, Fidan Qasımova, Hüsniyyə Çobanova, Fərqanə Əliyeva, Müşfiq Borçalı,   Kalına İbişova, Güləmail Murad hər iki kitabın xarakterik xüsusiyyətlərindən və elmi yeniliyindən danışıblar.

Sonra müəliflər Mənzər Niyarlı və Zakirə Əliyeva, həmçinin Salidə Şərifova tədbir iştirakçılarına təşəkkürlərini çatdırıblar.











Elm