Moskvaya PUA hücumu həyata keçirilib

post-img

Bu gün səhər saatlarında Ukrayna ordusunun hava qüvvələri Rusiya paytaxtının Yeni Moskva rayonuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Məlumatı Moskva meri Sergey Sobyaninə istinadən Rusiya KİV-i yayıb.

Hücum Vnukovo hava limanı yaxınlığında yerləşən hərbi hissəyə və aviasiya bazasına edilib. Hücumla əlaqədar hava limanının fəaliyyətində tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Aeroport hazırda adi iş rejimində işləyir.

S.Sobyanin bildirib ki, itki və dağıntı qeydə alınmayıb.

Qeyd edək ki, səhər saat 05.10-dan Moskvanın Vnukovo hava limanında məhdudlaşdırma tədbirləri görülüb. “Azur Air”, “UTair”, “Flydubai” şirkətlərinin təyyarələri Domodedovo hava limanına enib. Ümumilikdə, Vnukovo hava limanından 14 reys Moskvanın başqa aeroportlarına yönəldilib.

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

 

Dünya