Magistratura pilləsinin dördüncü buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir

post-img

Dövlət Sərhəd Xidmətinin Akademiyasında magistratura pilləsinin dördüncü buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir.

Əvvəlcə “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” kompleksi ziyarət edilmiş, abidə önünə güllər düzülmüşdür.

Döyüş Bayrağı mərasim yerinə gətirilərək Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə yaradılan və ölkəmizin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsində mühüm rol oynayan DSX Akademiyasının magistratura pilləsini bitirmiş məzunlarını təbrik edərək bu yolda dəstəyini əsirgəməyən zabitlərə və pedaqoji heyətə minnətdarlıqlarını bildirmişlər.

Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılmışdır.

Magistratura təhsilini müvəffəqiyyətlə başa vurmuş 6, ali nəticələrə görə qırmızı diploma layiq görülmüş 1 nəfər məzuna diplomlar təqdim edilmişdir.

Məzunlar çıxışlarında ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş qalib ölkənin qürurlu sərhədçiləri olaraq Dövlət Bayrağımızın dalğalandığı sərhədlərin keşiyində şərəflə dayanacaqlarını qeyd etmişlər.

Tədbirin sonunda xatirə fotoşəkili çəkdirilmişdir.







Təhsil