“Qarabağ”ın rəqibi bəllidir

post-img

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Bu, İrlandiya təmsilçisi “Şelburn”dur.

I təsnifat mərhələsi çərçivəsində doğma meydanda Şimali İrlandiyanın “Linfild” kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şelburn”, səfərdə 1:1 hesablı heç-heçəyə razılaşaraq növbəti raundda Ağdam təmsilçisinə rəqib olub.

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirində II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

M.HACIXANLI 
XQ 

 

İdman