Sabahdan İstanbul aeroportunda üç hərəkət zolağı eyni anda fəaliyyət göstərəcək

post-img

Sabahdan etibarən dünyanın ən işlək və ən böyük aeroportlarından olan İstanbul hava limanında üç uçuş-enmə zolağı eyni anda fəaliyyətə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

Bildirilib ki, bununla üç təyyarənin eyni anda aeroporta enməsi və ya qalxması təmin ediləcək ki, bu da son vaxtlar səfər sayıları artan İstanbul aeroportunda meydana gələn nəqliyyat sıxlığını aradan qaldıracaq.

Avropa hava limanları arasında ilkə imza atan bu layihənin mülki aviasiya baxımından tarixi bir addım olduğunu deyən Uraloğlu üçlü müstəqil zolaq əməliyyatı ilə aeroportun hava axınının sürətlənəcəyi və dinamik tutumunun artacağını bildirib.

Nazir bu istiqamətdə layihənin 2022-ci ilin son rübündə başlandığını, 2023 və 2024-cü illərdə Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) tərəfindən hazırlanmış təhlükəsizlik hesabatı əsasında bütün zəruri hazırlıqların tamamlandığını deyib.

Dünya