Putin qələbənin 80-ci ildönümündə atəşkəs elan edib

post-img

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində qələbənin 80-ci ildönümündə atəşkəs elan edib. Rusiya ordusu mayın 7-dən 8-dək Moskva vaxtı ilə saat 00:00-dan və mayın 10-dan 11-dək gecə saat 00:00-a qədər hərbi əməliyyatları dayandıracaq. 

Məlumatı “Kommersant” verib. 

Dövlət başçısı bildirib ki, Rusiya tərəfi ilkin şərt olmadan sülh danışıqlarına hazır olduğunu bəyan edir.

“Rusiya hesab edir ki, Ukrayna tərəfi bundan nümunə götürməlidir”, - Rusiya prezidentinin bəyanatında deyilir. - Əgər atəşkəs pozularsa, Rusiya ordusu “adekvat və təsirli cavab” verəcək”, - Vladimir Putin əlavə edib.

 

P.ƏMİRCANOV

XQ

Dünya