Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Kiyev hakimiyyəti ABŞ-a hərbi yardım üçün milli sərvətləti ilə ödəniş etməlidir: “Amerika lideri Donald Tramp bu məsələdə onları “sındırdı”.
Məlumatı TASS verib.
“Tramp Kiyev rejimini sındırdı ki, Amerikanın yardımını minerallarla ödəsin. İndi onlar yoxa çıxan ölkənin milli sərvətləri ilə hərbi tədarüklərin pulunu ödəməli olacaqlar”, - o, Telegram kanalında yazıb.
Bundan əvvəl Tramp ABŞ-ın Ukraynanın mineral ehtiyatlarına çıxışı ilə bağlı sazişin bağlanması faktını təsdiqləyib.
P.ƏMİRCANOV
XQ