Vəkillər Kollegiyasının heyəti Fəxri xiyabanı ziyarət edib

post-img

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür.

Bununla əlaqədar Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) rəhbərliyi, orqanları və qurum rəhbərləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzülüb, müasir müstəqil Azərbaycanın banisi və qurucusu, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib.











Sosial həyat