Müşfiqabad qəsəbəsində ağacəkmə tədbiri keçirilib

post-img


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Bu barədə XQ-yə nazirlikdən məlumat verilib.

Bildirilib ki, aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Ağacəkmə aksiyası çərçivəsində ərazinin yaşıllaşdırılması və ekoloji mühitin yaxşılaşdırılması məqsədi daşıyan tədbirlərin həyata keçirildiyi qeyd olunub.

 

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

Ekologiya