Kallas Azərbaycan və Ermənistan arasında normallaşmanı dəstəkləyir

post-img

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir və onun “tezliklə” tamamlanmasını gözləyir. Məlumatı “Anadolu” yayıb. 

İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında çıxış edən Kallas vurğulayıb ki, Brüssel əldə olunan irəliləyişi müsbət qiymətləndirir: “Biz ikitərəfli normallaşma istiqamətində atılan addımları alqışlayırıq və dəstəkləyirik. Ermənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması regionda davamlı sülhə zəmin yarada bilər”, - o qeyd edib.

Kallas həm də Ermənistanla İrəvana Aİ-nin qlobal missiyalarına töhfə verməyə imkan verəcək “iştirak çərçivəsi sazişi”nin imzalandığını da açıqlayıb. Onun sözlərinə görə, tərəflər viza rejiminin liberallaşdırılması üzrə dialoqda da irəliləyişə nail olublar.

Aİ rəsmisi Avropa Komissiyasının Qara dənizdə erkən xəbərdarlıq sistemi kimi çıxış edəcək Dəniz Təhlükəsizliyi Mərkəzinin yaradılması təklifini xatırladaraq vurğulayıb ki, bu strategiyanın həyata keçirilməsi bütün tərəfdaşlarla, o cümlədən Ermənistanla əməkdaşlıq şəraitində həyata keçiriləcək.

P.ƏMİRCANOV
XQ

Dünya