Tokayev və Mirziyoyev Buxarada qeyri-rəsmi görüş keçirəcəklər

post-img

Aprelin 11-də Buxarada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında qeyri-rəsmi görüş keçiriləcək. 

XQ xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

Dövlət başçıları iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyin gücləndirilməsi perspektivlərini, eləcə də regional gündəlikdəki cari məsələləri müzakirə etməyi planlaşdırırlar.

Dünya