Konkur üzrə “Bahar” Kuboku turniri keçiriləcək.
Azərbaycan Atçılıq Federasiyasından XQ-yə bildirilib ki, Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzində təşkil olunacaq yarışda qələbə uğrunda “Omar”, “Sərhədçi”, “Murad” və “Elite” klubları, həmçinin Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 20-dən artıq iştirakçı mübarizə aparacaq. İdmançılar 3 kateqoriyada - hündürlüyü 90 (A kateqoriyası), 115 (L kateqoriyası) və 125 santimetr (M kateqoriyası) olan maneələrin dəf olunmasında yarışacaqlar. Turnirin yekununa görə, hər nominasiyada ilk 5 yeri tutacaq iştirakçılara mükafatlar təqdim olunacaq.
Kubok aprelin 14-15-də keçiriləcək.

