Çin Mərkəzi Televiziyasının məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə telefon danışığı aparıb.
Bu gün səhər saatlarında Vladimir Putin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə telefonla danışıb.
Hər iki söhbətdə Vladimir Putin avqustun 6-da Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşün nəticələri barədə həmsöhbətlərinə məlumat verib. Həmin görüşdə Ukraynadakı münaqişənin həlli müzakirə olunub.
P.ƏMİRCANOV
XQ