BMT Baş Assambleyası Rusiya ilə Ukrayna arasında dördüncü ilinə qədəm qoyan müharibədə atəşkəs elan edilməsinə çağıran qətnamə layihəsini qəbul edib. Məlumatı “Anadolu” verib.
Rusiya ilə Ukrayna arasında müharibənin dördüncü ilinin başlamasını qeyd etmək üçün təşkil edilən BMT Baş Assambleyasının xüsusi sessiyasında Ukraynanın təşəbbüsü ilə təqdim edilən və 46 ölkənin birgə təşəbbüsü ilə hazırlanan qətnamə layihəsi səsə qoyulub. Ukraynada “dərhal, tam və qeyd-şərtsiz atəşkəs” tələb edən qətnamə layihəsi 107 lehinə, 12 əleyhinə səslə qəbul edilib, 51 üzv dövlət bitərəf qalıb.
Qətnamədə müharibənin regional və qlobal nəticələrinə diqqət çəkilir, “bütün hərbi əsirlərin dəyişdirilməsi, qanunsuz saxlanılan bütün şəxslərin azad edilməsi və zorla köçürülmüş və ya deportasiya edilmiş uşaqlar da daxil olmaqla mülki şəxslərin geri qayıtmasının təmin edilməsi” tələb olunur.
P.ƏMİRCANOV
XQ

