Türkiyə İrana tibbi yardım göndərib.
XQ xəbər verir ki, bu barədə Türkiyə səhiyyə naziri Kamal Memişoğlu tibbi ləvazimatlar və avadanlıqlarla dolu yardım maşınlarının İrana yola düşdüyünü açıqlayıb.
"İnsani prinsiplərlə könül coğrafiyamızın hər guşəsindəki məzlumlara dəstək olmağa, yaraları sağaltmağa və ümidləri yenidən cücərtməyə davam edirik. Bu inamla hazırlanmış tibbi ləvazimat və avadanlıqlarla yüklənmiş yardım TIR-larımız qonşu İrana doğru yola çıxıb. İnsanı həyatını diqqətdə saxlayan bir yanaşma ilə sahib olduğumuz bütün imkanları şəfa gözləyənlər üçün səfərbər etməyi davam etdirəcəyik", - nazir qeyd edib.

