Çin XİN ölkəsinin İrana silah tədarük etməyi planlaşdırdığına dair “əsassız” məlumatları təkzib edib. Nazirliyin sözçüsü Quo Ciakun Pekində mətbuat konfransında bildirib ki, “Çin hərbi ixracda həmişə ehtiyatlı və məsuliyyətli davranır və ölkənin ixrac nəzarəti qanun-qaydalarına, eləcə də müvafiq beynəlxalq öhdəliklərə uyğun olaraq ciddi nəzarət həyata keçirir”.
Guo Pekinin bu “əsassız böhtanlar və zərərli fərziyyələrlə” razılaşmadığını bildirib.
Qeyd edək ki, şənbə günü CNN tanış mənbələrə istinadən bildirmişdi ki, ABŞ kəşfiyyatı Çinin yaxın həftələrdə İrana yeni hava hücumundan müdafiə sistemləri tədarük edə biləcəyini göstərib. Hesabatda deyilir ki, Tehran atəşkəs dövründən əsas beynəlxalq tərəfdaşlarının dəstəyi ilə üçüncü ölkələr vasitəsilə müəyyən silah sistemlərinin ehtiyatlarını artırmaq üçün istifadə edə bilər.
Söhbət MANPADS kimi tanınan daşınabilən hava hücumundan müdafiə sistemlərindən gedir.
P.ƏMİRCANOV
XQ

