Ədəbiyyat İnstitutu Beynəlxalq elmi konfransda təmsil olunub

post-img

Qırğızıstan Milli Elmlər Akademiyası Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Çingiz Aytmatov oxuları - 2025” adlı Beynəlxalq elmi praktik konfrans keçirilib.

XQ xəbər verir ki, Çingiz Aytmatovun Azərbaycanda əsas tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli konfransın plenar hissəsində “Azərbaycan arxivlərində Çingiz Aytmatovun epistolyar irsi: Qırğızıstan və Azərbaycan arasında ədəbi-mədəni əlaqələr kontekstində” mövzusunda məruzə ilə çıxış edib. 

Qırğızıstan Milli Elmlər Akademiyasında keçirilən konfransda yerli Qırğızıstan alimləri ilə yanaşı Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan və digər ölkələrdən yüzə yaxın məruzə dinlənilib.  

Konransdan sonra Çingiz Aytmatovun Ata beyitdə məzarı ziyarət olunub.

Elm