Paytaxtda oğurluq edən şəxslər saxlanılıb

post-img

Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Qala qəsəbə sakininə məxsus ərazidən 35 min manat dəyərində günəş panelləri, su mühərriki, samovar və elektrik naqilləri oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı İ. Məmmədov, 29 yaşlı A. Eyvazov və 24 yaşlı İ. Bünyadov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Hadisə