Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.
9 ölkənin 200-dək idmançısının qatıldığı yarışda Azərbaycan millisinin 11 idmançısı finala vəsiqə qazanıb. Kişi boksçuların mübarizəsində Sübhan Məmmədov, Nicat Hüseynov, Məhəmmədəli Qasımzadə, Nəbi İsgəndərov, Seyidcəmşid Cəfərov, Murad Allahverdiyev, Alfonso Dominqes və Məhəmməd Abdullayev yarımfinal döyüşlərini qələbə ilə başa vurublar. Şamil Əsgərov, Tağı Nəsibov, Ruslan Rüstəmov və Məmməd Quliyev finala yüksələ bilmədikləri üçün bürünc medalla kifayətləniblər.
Qadın boksçuların yarışında Marjona Savriyeva, Zeynəb Rəhimova və Aynur Rzayeva qalib gələrək həlledici görüşə vəsiqə qazanıblar. Onlardan fərqli olaraq, Anaxanım İsmayılova, Bəhriyyə İbrahimova və Aynur Mikayılova yarımfinal səddini keçə bilmədikləri üçün üçüncü yeri tutublar.
L.QURBANOVA
XQ