Azərbaycan kikboksçuları Latviyanın Riqa şəhərində keçirilən WAKO (Latvia Open) yarışında 3 qızıl, 1 gümüş medal qazanıblar.
İkiqat Dünya və Avropa çempionu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin üzvü Rafiq Babazadə (57 kq, K-1) gənclər arasında birinci yeri tutub. Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin idmançısı Ayxan Həsənov (81 kq, 86 K-1) böyüklər arasında iki qızıl medal, Avropa çempionu Oqtay İsmayılov isə gənclər arasında (60 kq, K-1) gümüş medal qazanıblar. Ayxan Həsənov Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin məşqçisi Elşən İsayevin tələbəsidir.
L.AZAD
XQ