Martın 17-də Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6/0.4 kV-luq Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.
XQ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bununla əlaqədar olaraq saat 12:00-dan 16:00-dək Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov küçəsi və yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

