Azərbaycan ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə (88 kq) İspaniyanın paytaxtı Madriddə təşkil olunan U-15 Avropa birinciliyində 2 gümüş medal qazanıb. Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Son yarış günündə mübarizəyə qoşulan idmançı birdənqaldırma hərəkətində 122 kq nəticə ilə ikinci olub. Daha sonra təkanlaqaldırma hərəkətində 147 kq çəkinin öhdəsindən gəlib. İki hərəkətin cəmində 269 kq nəticəyə imza atan atlet yenidən gümüş medal qazanıb.
M.HACIXANLI
XQ