Məşhur alban alimi və diplomatı Ədəbiyyat Muzeyini ziyarət edib

post-img

Albaniyanın tanınmış ictimai xadimi, Mediterranian Universitetinin prorektoru, tarix elmləri doktoru Arben Cici Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Muzeyin “Məktəblərlə və ictimaiyyətlə iş” şöbəsinin əməkdaşı Nəzrin Yusifova alban əsilli qonaqla ingilis dilində ekskursiya aparıb, onu muzeyin zəngin ekspozisiyası ilə tanış edib.

Arben Cici Azərbaycan ədəbiyyatı və tarixi mövzusunda muzeydə sərgilənən müxtəlif növ əsərləri seyr edib, onlar haqqında ətraflı bilik əldə etməkdən böyük zövq aldığını dilə gətirib.

Daha sonra diplomat və alim böyük Azərbaycan şairi Nizami Gəncəvi irsi, tədqiqat tarixi haqqında qələmə aldığı kitabı Ədəbiyyat Muzeyinə hədiyyə edib.

Qabil YUSİFOĞLU
XQ

 

Sosial həyat