“Azərreyl”in yeni oyunçusu

post-img

“Azərreyl”in qadınlardan ibarət voleybol komandasına yeni oyunçu cəlb edilib. Komandanın mətbuat xidmətinin məlumatına görə, klub istedadlı idmançı İlhamə Əzimova ilə anlaşıb.

Qeyd edək ki, 26 yaşlı hücumçu ilə müqavilənin müddəti növbəti mövsümü əhatə edəcək. Klubun rəhbərliyi heyəti bundan sonra da gücləndirmək niyyətindədir.

M.HACIXANLI
XQ

İdman