Avarçəkmə çempionatı başa çatıb

post-img

Bu barədə Azərbaycan Kanoe və Avar­çəkmə Federasiyasının (AKAF) mətbuat xid­mətindən məlumat verilib. Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Avarçəkənlər turnirin ikinci günündə 7 dəst medal uğ­runda akademik, kayak və kanoe növlərində mübarizə apa­rıblar. 

Qaliblərə diplom və medallar təqdim edilib. Yarışda fərqlənən avarçəkənlər Azərbaycanda keçiriləcək III MDB Oyunlarında ölkəmizi təmsil edəcəklər. 

Qabil YUSİFOĞLU
XQ

İdman