Azərbaycan Cüdo Federasiyası məşqçilər üçün dan dərəcələri üzrə seminara start verib

post-img

Azərbaycan Cüdo Federasiyası (ACF) məşqçilərin ustalıq və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə dan dərəcələri üzrə seminara start verib. Tədris prosesinə ümumilikdə 56 nəfər cəlb olunub.

XQ xəbər verir ki, seminarın tədrisi ACF-in Təhsil şöbəsinin ekspertləri tərəfindən həyata keçirilir. Proqram çərçivəsində I dan dərəcəsi üzrə “Nage-no-Kata”, II dan dərəcəsi üzrə isə “Katame-no-Kata” istiqamətində nəzəri və praktik məşğələlər təşkil olunur, iştirakçıların bilik və bacarıqları inkişaf etdirilir.

Dörd gün davam edəcək seminarın sonunda dan dərəcələri üzrə imtahan təşkil olunacaq.

İdman