Azərbaycan Çin Qran-Prisində 17 cüdoçu ilə təmsil olunacaq

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 26–28 iyun tarixlərində Çinin Sindao şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.

XQ xəbər verir ki, Los-Anceles Olimpiadasına lisenziya xalları verən yarışda Azərbaycanın 17 cüdoçusu (11 kişi, 6 qadın) 10 çəki dərəcəsində qüvvəsini sınayacaq.

Komandaya kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Üç gün davam edəcək turnirdə 58 ölkədən 502 cüdoçu (267 kişi, 235 qadın) tatamiyə çıxacaq.

Dünya Turu seriyasına daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq. 

Qeyd edək ki, Zelim Kotsoyev (-100 kq) və Madina Kaisinova (+78 kq) zədə səbəbindən turniri buraxacaq. 

Kişilər 

-60 kq

Əhməd Yusifov 

Balabəy Ağayev 

-66 kq

Ruslan Paşayev 

Tofiq Məmmədov 

-73 kq

Rəşid Məmmədəliyev 

-81 kq

Hidayət Heydərov 

Zelim Tçkayev 

-90 kq

Aslan Kotsoyev 

Murad Fətiyev 

+100 kq 

Camal Qamzatxanov  

Uşanqi Kokauri  

Qadınlar 

-48 kq

Könül Əliyeva 

Şəfəq Həmidova 

-52 kq 

Gültac Məmmədəliyeva

Leyla Əliyeva 

-63 kq

Fidan Əlizadə 

-70 kq

Südabə Ağayeva

İdman