“Sea Breeze Cup” turnirinin qalibləri

post-img

Azərbaycan Voleybol Federasiyası (AVF) və “Sea Breeze Resort”un birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə “Sea Bree­ze Cup” turnirinin qalibləri bəlli olub. Yarışda 6 kişi və 6 qadın komandası mübarizə aparıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunların nəticəsinə əsasən, qadınların yarışında “Milli” (Fidan Əh­mədxanova/Səbinə Əlizadə) komandası qızıl, Larisa Smelt­sova/Lizi Latsabitze cütü gümüş, “Milli U-18” (Xədicə Ha­dızadə/Cəmilə Bəşirova) komandası isə bürünc medalların sahibi olub. 

Kişilərin yarışında isə “Milli” (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) komandası qızıl, “Azərreyl” (Tural Əsgərov/Nəriman Bayramlı) komandası gümüş, “Djevo Team” (Heydər Məmmədli/Fərda Dəryayev) komandası bü­rünc medal qazanıb. 

Qabil YUSİFOĞLU
XQ

İdman