Mart ayında 4 rayonda konsert təşkil olunacaq

post-img

Mədəniyyət Nazirliyinin regionlarda mədəni qastrol proqramının mart ayı üzrə planı açıqlanıb.

Bu barədə XQ-yə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, mart ayında qastrol proqramı Ağdam, Laçın, Gəncə və Mingəçevir şəhərlərini əhatə edəcək.

Mart ayı konsert proqramını təqdim edirik:

16 mart – Ağdam şəhəri

Ağdam Muğam Mərkəzi | 17:00

Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri

17 mart – Laçın şəhəri

"LaCinema" kinoteatrı | 13:00

Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri

19 mart – Gəncə şəhəri

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası | 20:00

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası

28 mart – Mingəçevir şəhəri

Mingəçevir Dövlət Dram Teatrı | 18:00

29 mart – Mingəçevir şəhəri

Heydər Əliyev Mərkəzi | 18:00

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının

Simfonik Orkestri, solistləri və xor kollektivi

Qeyd edək ki, mart ayından etibarən Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək.

Layihə paytaxt və bölgələri vahid proqram çərçivəsində birləşdirən və ölkə üzrə geniş coğrafiyanı əhatə edən ilk sistemli mədəni qastrol təşəbbüsü kimi reallaşdırılır. 

Mədəniyyət