Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.
Tədbirdə AQC İdarə Heyətinin sədri Vüqar Orucun qurumun fəaliyyəti və hədəfləri barədə hesabatı dinlənilib. İdarə Heyəti görülən işləri qənaətbəxş qiymətləndirib.
XQ xəbər verir ki, iclasda AQC üzvlüyünə müraciətlərə baxılıb. Tanınmış ekspertlər Elnur Fərzəliyev və Şaiq Əliyev AQC üzvlüyünə qəbul olunub. Həmçinin gündəlikdə olan təşkilati işlər və idarəetmə məsələləri müzakirə olunub.Qərara alınıb ki, müxtəlif sahələr üzrə AQC daxilində koordinasiyanın təşkil olunması üçün komissiyalar yaradılsın və koordinatorlar təyin olunsun. Müvafiq olaraq İctimai Birliklər və QHT sektoru üzrə koordinator Fatimə Həsənzadə, Daşınmaz əmlak sektoru üzrə koordinator Şaiq Əliyev və Tikinti sektoru üzrə koordinator Elnur Fərzəliyev təyin olunub.İclasda həmçinin AQC-nin Nəzarət-Təftiş komissiyasına yeni üzv seçilib. İdarə Heyətinin yekdil qərarı ilə İltifat Hüseynov komissiyaya üzv seçilib.
İclasda AQC-nin beynəlxalq əlaqələr üzrə əməkdaşlıq məsələləri, həmçinin Beynəlxalq Qiymətləndirmə Standartları və Milli Qiymətləndirmə Standartları barədə görülən işlər müzakirə edilib. Bildirilib ki, hər iki istiqamət üzrə tədbirlər davam etdirilir.
AQC-nin həyata keçirdiyi layihələr, təlimlər, proqramlar müzakirələrdə bildirilib ki, bir neçə beynəlxalq və yerli qrand layihələrinə müraciət edilib. Həmçinin Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək peşə ixtisası imtahanlarına hazırlaşanlar üçün təlim kursları hazırda davam edir. O da qeyd edilib ki, yaxın günlərdə ESG( istiqamətli təlimlər və seminarlar təşkil olunacaq.
Tədbirdə "Qiymətləndirmə və iqtisadiyyat" jurnalı ilə bağlı jurnalın redaktoru, AQC sədrinin müavini, UNEC dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru İbrahim Quliyevin, görülən işlər, eyni zamanda AQC-nin yenilənmiş saytı və təbliğat məsələləri haqqında AQC İctimai əlaqələr departamentinin rəhbəri Orxan Əlinin məruzəsi dinlənilib.
Sonda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






