Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

post-img

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 sentyabr tarixli 357 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1091 (Cild I); 2025, № 2, maddə 209) ilə təsdiq edilmiş “Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası”nın 2.2.5-ci yarımbəndindən “habelə” sözü çıxarılsın və həmin yarımbənddə “digər ərazilərin (minalardan təmizləmə yekunlaşanadək)” sözləri “ərazilərin və digər təhlükəli ərazilərin (minatəmizləmə fəaliyyəti yekunlaşanadək)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 noyabr tarixli 421 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 11, maddə 1357 (Cild I); 2025, № 3, maddə 271) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş Qaydası”nın 2.5-ci bəndində “, hərbi sursat və” sözləri “və digər partlayıcı sursatlar,” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 13 ” “ mart ” 2026-cı il

№ 79

Nazirlər kabinetinin qərarları