Azərbaycan Dünya Badminton Federasiyasının (BWF) Fransanın paytaxtı Parisdə keçirilən Şura iclasında təmsil olunub.
Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, badmintonun qlobal inkişafı üzrə əsas idarəetmə və strateji məsələlərin müzakirə olunduğu toplantıda dünyanın müxtəlif yerlərindən BWF Şura üzvləri bir araya gəlib.
Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov Avropanı təmsil edən BWF Şura üzvü statusunda iclasa qatılıb.
Qeyd edək ki, şura iclası badmintonun ən nüfuzlu tədbirlərindən biri olan dünya çempionatının keçirildiyi vaxta təsadüf edib. Mundialda Azərbaycan beynəlxalq reytinqdə 78-ci yerdə olan təmsilçimiz Edi Resky Dviçayo birinci turda dünya reytinqində 19-cu yerdə olan yaponiyalı Koki Vatanabeyə qalib gəlib.
Qabil YUSİFOĞLU
XQ