İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında dünya çempionatı davam edir.
Boks Federasiyasından XQ-yə bildirilib ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.
Sübhan Mamedov (50 kiloqram) 1/16 finalda Fredelin De Los Santosla (Dominikan Respublikası) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.
O, 1/8 finalda Samet Gümüşlə (Türkiyə) qarşılaşacaq. Döyüş sentyabrın 9-da olacaq.
Qeyd edək ki, daha öncə Zaur Qəhrəmanovla (65 kiloqram) Səidcəmşid Cəfərov (75 kiloqram) da mərhələ adlayıb. Mundialın üçüncü günündə millimizin bir boksçusu rinqə çıxacaq.