Paragüllə atıcımız Kamran Zeynalov Özbəkistanın paytaxtı Daşkənddə Özbəkistan Respublikası Prezidenti yanında Sosial Müdafiə üzrə Milli Agentlik, Özbəkistan Respublikası Gənclər İşləri Agentliyi və Özbəkistan Könüllülər Assosiasiyası tərəfindən təşkil olunan beynəlxalq konfransda çıxış edib.
Ümumilikdə 8 ölkədən 50-dən çox nümayəndənin iştirak etdiyi konfransda paralimpiyaçımızın uğurlarını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra K.Zeynalov, əlilliyi olan yeniyetmə və gənclərin də qatıldığı tədbirdə iştirakçılar qarşısında çıxış edərək öz uğur yolundan danışıb.
Bu il 30 illiyini qeyd edən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yubileyinə həsr olunmuş videoçarxların nümayişindən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, konfransın məqsədi inklüziv mühitin təşviqi, inklüziv təşəbbüslərin inkişaf etdirilməsi və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olub.
Qabil YUSİFOĞLU
XQ

