Minifutbolçularımızın Avropa çempionatına hazırlıqları

post-img

Minifutbol üzrə milli komandamız Bakıda təşkil olunan bir həftəlik təlim-məşq toplanışını uğurla başa vurub. Komanda Avropa çempionatına hazırlıq planı çərçivəsində Monteneqronun Herçeq Novi şəhərinə yollanıb.

Millimiz burada keçiriləcək mini-turnirdə iştirak edərək hazırlıq mərhələsini yekunlaşdıracaq.

Yeri gəlmişkən bu gün minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşəcək. Slovakiyanın paytaxtı Bratislavada start götürəcək tədbir Bakı vaxtilə saat 20:00-da başlanacaq. Yığmamız püşk öncəsi 1-ci səbətdə – Slovakiya, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Serbiya komandaları ilə birlikdə yer alıb.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

 

İdman