Bu gün saat 16:00-da Mərkəzi Seçki Komissiyasının yeni iclası keçiriləcək. İclasda MSK-nın sədri, müavini və katibləri seçiləcək.
Qeyd edək ki, Seçki Komissiyasının üzvlüyünə Sevinc Abdullayeva, Fuad Cavadov, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Elçin Xələfov, Ramiz İbrahimov, Rövzət Qasımov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Elmar Məmmədov, İlham Məmmədov, Arifə Muxtarova, Qabil Orucov, Hüseyn Paşayev, Məzahir Pənahov, Mikayıl Rəhimov və İlkin Şahbazov təyin edilib.
Bununla yanaşı, Aysel Cəlilova, Züriyə Qarayeva və Elnarə Mustafayeva isə komissiyanın əvəzedici üzvləri kimi təsdiqlənib.
Tacir SADIQOV
XQ

