Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk.
XQ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.
Planımızın 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etmək olduğunu söyləyən və bunun təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslandığını diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb ki, bunun üçün çoxlu sahə işləri aparılmalıdır.

