"McLaren" komandasından olan "Formula 1" üzrə avstraliyalı pilot Oskar Piastri Azərbaycan Qran Prisinin 17-ci mərhələsinin birinci dövrəsində beşinci döngədə avtomobili ilə qəzaya uğrayıb.
Yarışın başlanğıcında Oskar avtomobilin dayanacaqdan qorunma sistemi ilə toqquşub.
Təhlükəsizlik avtomobili işə salındıqdan sonra yarışa Red Bull-u təmsil edən dördqat seriya çempionu Maks Verstappen başçılıq edir.
İspaniyalı Karlos Sayns (Uilyams) ikinci, Liam Louson (Racing Bulls) isə üçüncüdür.
Səbuhi MƏMMƏDOV
XQ