“Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda, İspaniyada Madridin “Atletik” komandasına qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib.
Bu barədə Azərbaycan təmsilçisinin yaydığı məlumatda bildirilib ki, komandanı İspaniyada dəstəkləmək istəyən azarkeşlər səfər oyunu üçün vauçerləri oktyabrın 15-dən əldə edə biləcəklər.
Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında açıqlanacaq.
Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də keçiriləcək.
Qabil YUSİFOĞLU
XQ