Voleybolçularımızın gümüşü

post-img

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Faiq Qarayevin yetirmələri finalda güclü Türkiyə seçməsi ilə qarşılaşıb. Hər üç setdə rəqibinə uduzan milli komandamız gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycanın qadın voleybol millisi 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında qızıl, 2022-ci ildə Türkiyənin Konya şəhərinin ev sahibliyi etdiyi V İslamiadada isə bürünc mükafat qazanıb.

XQ

İdman