Naxçıvan Muxtar Respublikasında 1 avqust 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 21 min 630 olub.
Qeyd edək ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12,8 faiz artıb və 589 təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 10,4 faiz artaraq 5999 olub.