Fərdi kompüterlərin sayı 1,8 milyona çatıb

post-img

Bu ilin əvvəlində Azərbaycandakı ev təsərrüfatlarında 1 milyon 787 min 463 ədəd kompüter olub.

Dövlət Statistika Komitəsinin verdiyi məlumatda bildirilir ki, bu, 2023-cü ilin göstəricisindən 25 min 854 ədəd və ya 1,5 faiz çoxdur.

Hesabat dövründə stolüstü kompüterlərin sayı 2,4 faiz azalaraq 345 min 674 ədəd, portativ kompüterlərin sayı 1,1 faiz artaraq 830 min 808 ədəd və planşet və ya digər oxşar avadanlıqların sayı 4,2 faiz artaraq 610 min 981 ədəd təşkil edib. Ötən il ev təsərrüfatları üzrə hər 1 000 nəfərə 174,9 kompüter (bir il əvvəllə nisbətən 1,1 faiz çox) düşüb, o cümlədən 33,8 stolüstü kompüter (2,9 faiz az), 81,3 portativ kompüterlər (1 faiz çox) və 59,8 planşet və ya digər oxşar avadanlıq (3,8 faiz çox) düşüb.

Kompüterdən istifadə edənlərin 43,2 faizi (2,7 faiz bəndi az) 36-64 yaş qrupunda, 27,5 faizi (0,1 faiz bəndi az) 24 yaşadək, 26,4 faiz-i (2,2 faiz bəndi çox) 25-35 yaş qrupunda, 2,9 faizi (0,6 faiz bəndi çox) 64 yaşdan yuxarı olan şəxslərdir.

XQ

İqtisadiyyat