Azərbaycanla Yunanıstanın ticarət dövriyyəsi 141,6 milyon dollar dəyərində olub

post-img

Azərbaycanla Yunanıstan arasında bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 141,6 milyon dollar dəyərində olub.

XQ-nin Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 23,4% azdır.

Hesabat dövründə Azərbaycan Yunanıstandan 19,2 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 122,4 milyon dollar dəyərində olub.

İqtisadiyyat