İki mindən çox geoloji tədqiqat işi rəqəmsallaşdırılıb

post-img

AMEA-nın Yer Elmləri Bölməsi üzrə aparılan işlər çərçivəsində Elm və Təhsil Nazirliyi Geologiya İnstitutunun Geoloji fondunda saxlanılan 2000-dən artıq elmi-tədqiqat işi rəqəmsallaşdırılaraq elektron məlumat bazasına yerləşdirilib.

Bu barədə XQ-yə AMEA-dan məlumat verilib. Bildirilib ki, rəqəmsallaşdırılan materiallar institutda və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif illərdə aparılmış geoloji, geofiziki və geodinamik tədqiqatları əhatə edir. Bu işlər Yer elmləri sahəsində elmi irsin qorunması, sistemləşdirilməsi və müasir tədqiqatlara inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, elektron baza Yer elmləri sahəsində aparılan elmi araşdırmaların keyfiyyətinin yüksəldilməsinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə və ölkənin geoloji məlumat potensialının daha səmərəli istifadəsinə xidmət edəcək.

Elm