Telekommunikasiya avadanlığı müasirləşdirilir

post-img

2024-cü ildə Azərbaycana xarici ölkələrdən 1 milyard 859,5 milyon manatlıq İKT məhsulları idxal olunub. Bu barədə Dövlət Statistika Komitəsi hesablamalara əsasən bildirib ki, bu, əvvəlki ilə nisbətən 23 faiz çoxdur.

Xaricdən alınan İKT məhsullarının 1 milyard 31,3 milyon manatı (1 il əvvələ nisbətən 33 faiz çox) telekommunikasiya avadanlıqlarının, 461,5 milyon manatı (10,5 faiz çox) kompüter və periferiya avadanlıqlarının, 277,8 milyon manatı (13,5 faiz çox) elektron avadanlıqların, 88,9 milyon manatı (27 faiz çox) digər məhsulların payına düşüb.

Ölkəyə idxal olunmuş İKT məhsullarının xaricdən alınmış bütün növ məhsulların dəyərində xüsusi çəkisi 5,2 faiz olub.

XQ

İqtisadiyyat