Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 480,7 milyon manatlıq metal filizləri hasil edilib.
XQ-yə bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata görə, metal filizlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 260,3 milyon manat, yaxud da 2,2 dəfə artıb.
Belə ki, 2024-cü ilin ilk 9 ayında Azərbaycanda 220,4 milyon manatlıq metal filizləri hasil olunub.
Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 28,8 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz azalmışdır.

