Qızılın qiyməti bahalaşaraq rekord həddə çatıb

post-img

Federal Ehtiyatlar Sisteminin pul-kredit siyasətini yumşaltması, həmçinin ABŞ və Venesuela arasında gərginlik fonunda qızılın unsiyasının qiyməti 4380 dolları ötərək yeni rekord müəyyən edib.

XQ xəbər verir ki, bu gün keçirilən ticarət əməliyyatlarında qızılın unsiyasının spot qiyməti 1,1 faiz artaraq 4386 dollara çatıb. Qızılla yanaşı, digər qiymətli metalların da qiymətində artım müşahidə olunur. Belə ki, gümüşün qiyməti 2,6 faiz, platinin qiyməti 3,9 faiz, palladiumun qiyməti isə 4,5 faiz bahalaşıb.

Bazar iştirakçıları Birləşmiş Ştatların əmək bazarındakı zəifliyi göstərən məlumatlar fonunda Federal Ehtiyat Sisteminin 2026-cı ildə əsas faiz dərəcələrini ardıcıl olaraq iki dəfə azaldacağını gözləyirlər. Aşağı faiz dərəcələri qiymətli metallara, xüsusən də qızıla investisiyaların cəlbediciliyini artırır.

Həmçinin ABŞ ordusunun Venesuelaya qarşı dəniz blokadasının sərtləşdirilməsi təhlükəsiz sığınacaq aktivi kimi nəzərdən keçirilən qızıla tələbatı daha da yüksəldir.

İqtisadiyyat